Ronaldo: "Almaniya millisinin ən yaxşısı odur"

Ronaldo: "Almaniya millisinin ən yaxşısı odur"
XƏBƏR 9 Sentyabr 2011 / 00:37 2197
-  A +

"Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo komanda yoldaşı Məsut Özil haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, Ronaldo Özili Almaniya milli komandasının ən yaxşı futbolçusu adlandırıb.

"Məsut mükəmməl bir oyunçudur. Onunla birgə oynamaqdan böyük zövq alıram. Özil getdikcə daha da artırır. Məncə, Almaniya millisinin ən yaxşı futbolçusu məhz odur.

Nuri Şahinə gəldikdə isə onu daha öncə də tanıyırdım. Bacarığı haqda çox eşitmişdim. İnanıram ki, o da tezliklə sağalaraq komandaya faydalı olacaq".

 


Son xəbərlər