“İnter” klubunun hücumçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, futbolçu Gürcüstan toplanışı, qarşıdan gələn “Simurq”la oyun barədə, o cümlədən əsas heyətdə mövqe uğrunda rəqabətdən danışıb:
- Öncə öyrənmək istərdik, Gürcüstanda təlim-məşq toplanışı necə keçdi?
- Düşünürəm ki, bu toplanış komandanın xeyrinə olacaq. Yaxşı ki, “Bakı” ilə qalmaqallı matçdan sonra ölkədən getdik. Bu, psixoloji planda özümüzə gəlməyə imkan verdi. Bütün uşaqlar sakitləşdilər və bu oyunu unutdular. Mənfi emosiyalar və xoşagəlməz xatirələr arxada qaldı. Hesab edirəm ki, Gürcüstanda təşkil edilmiş toplanış istər “Simurq”la oyunda, istərsə çempionatın digər matçlarında bizə kömək edəcək.
- Məlum olduğu kimi, ötən mövsümün birinci hissəsini sən “Simurq”un heyətində keçirdin. Bu vəziyyət keçmiş klub yoldaşlarına qarşı oyunda sənə necəsə kömək edəcək?
- Bütün oyunlar mənim üçün vacibdir, ona görə ki, bütün rəqiblərə eyni yüksək əhval-ruhiyyə ilə yanaşıram. “Simurq” haqqında mənim yalnız xoş xatirələrim qalıb. Mən bu komandada yaxşıdan başqa heç nə görmədim. Zaqatalılara qarşı adi qaydada hazırlaşıram, meydana çıxaramsa, özümü göstərməyə çalışacağam.
- Biz bilirik ki, “Simurq”un heyətində vaxtilə “İnter”in formasını geyinmiş bir neçə futbolçu çıxış edir. Sənin fikrincə, bu fakt “Simurq”a müəyyən üstünlük gətirirmi?
- Hesab edirəm ki, yüksək səviyyədə oynamış Robertas Poşkus və ya Andrey Rubins kimi futbolçular mümkün olanı həm göstəriblər, həm də təsdiqləyiblər. Fikrimcə, onların nəyisə sübut etməyə ehtiyacları yoxdur, axı bir çox uğurlara məhz “İnter”in heyətində nail olublar. Aydın olan budur ki, onlar peşəkar futbolçulardır və işlərini peşəkarcasına yerinə yetirəcəklər.
- Matçla bağlı proqnozun nə olacaq?
- Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir. Biz hücum futbolu oynayacağıq-rəqib də yaxşı hücum potensialına malikdir. Hesab edirəm ki, oyun kifayət qədər baxımlı alınmalıdır.
- Sentyabrın 7-də Kaxaber Tsxadadzenin ad günü idi. “Simurq”la oyunda qələbə “İnter” futbolçuları tərəfindən baş məşqçi üçün yaxşı hədiyyə olardı...
- Razıyam ki, qələbə ən yaxşı hədiyyə olardı. Buna görə də, bu hədiyyəni bağışlamaq üçün çox çalışırıq.
- Mövsümün başlanğıcı komanda üçün o qədər də inamlı alınmadı-3 oyundan 3 xal topladı...
- Bəli, bu oyunlarda biz minimal nəticələrə nail olduq. İlk 3 turdan sonra biz aktivimizdə heç olmasa 6-7 xal olmasına ümid edirdik. Lakin bunun əvəzinə biz belə uğursuzluqla qarşılaşdıq. Təəssüf ki, alınmadı. Ancaq biz uğursuzluğa son qoymaqda qərarlıyıq. Hesab edirəm ki, bu mövsümdə “İnter” həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmağa qadirdir. Bunun üçün bizim lazım olan hər imkanımız var.
- Bundan başqa, komandada kifayət qədər yüksək səviyyəli daha iki hücumçu var-Girts Karlsons və Enio Krastovçev. “İnter”in oyunların əksəriyyətində meydana bir hücumçuyla çıxdığını nəzərə alsaq, çəkinmədən deyə bilərik ki, bu yer uğrunda rəqabət olduqca yüksəkdir. Belə futbolçularla rəqabət aparmaq çətin deyil ki?
- Komandada belə hücumçuların olması əlavə stimuldur. Bu vəziyyət bir dəqiqə də olsun rahatlaşmağa imkan vermir və hər epizodda və hər saniyədə diqqəti toplamağa vadar edir. Başlıcası budur ki, bu rəqabət sağlam və sırf idman xarakterli olsun. Deyim ki, istər Girts Karlsonla, istərsə yeni futbolçumuz Enio Krastovçevlə isti dost münasibətlərimiz var. Meydanasa daha yaxşı formada olan hücumçu çıxır və bu, yalnız komandanın xeyrinə işləyir.
- Ötən mövsümdə komanda zəif realizasiyadan əziyyət çəkirdi. Hücumçular az qol vururdular. Sənin zənnincə, cari mövsümdə bu vəziyyət təkrarlanmayacaq ki?
- Hesab edirəm ki, bu təkcə hücumçuların problemi deyil. Hamı xatırlayır ki, Girts Karlsons Birlik Kubonun bombardiri olmuşdu. Düşünürəm ki, bu, ümumkomanda problemidir. Lakin hesab edirəm ki, bu mövsümdə daha oturuşmuş heyətimiz var və həmin mənfi vəziyyət arxada qaldı.
45 yaşlı qapıçı ilə müqavilə uzadıldı
"Tottenhem"in hücumçusu "Fiorentina"da- Rəsmi
“Liverpul” 17 yaşlı müdafiəçi ilə razılığa gəlib
Superliqa klubunda bu mövsümdə üçüncü baş məşqçi təyinatı
Yeni idman direktoru o oldu
“Şamaxı” onunla yolları ayırdı
"Milan" Fülkruqun transferini açıqladı
“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Hər birinin qiyməti 200 milyon avrodur
"Bavariya"da yeni məşqçi
Modriç: "Mourinyonun Ronaldonu ağlatdığını gördüm"
"Mançester Siti"dən xal itkisi - Video
“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
“Çelsi” Marreskanın davranışlarından narahat imiş
Serxio Ramos məşhur klubun prezidenti ola bilər
Obameyanqdan hökumətin sərt qərarına - Münasibət
Bekker 100-ə çatdı
Yamal ilin ilk məşqini buraxdı
"Liverpul" yeni ilə heç-heçə ilə başladı - Video
“Qarabağ”ın rəqibi hücumçusunu icarəyə verdi
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı