“İnter” klubunun qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Ağayev qarşıdan gələn “Simurq”la matç barədə fikirlərini açıqlayıb və diskvalifikasiya edilmiş Giorgi Lomayanı əvəz etmək şansı haqqında danışıb:
- Bu yaxınlarda “İnter” təlim-məşq toplanışı keçirdiyi Gürcüstandan qayıdıb. Lakin sən Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət olunduğundan həmin toplanışda iştirak etmədin...
- Bəli, toplanışda iştirak edə bilmədim. O vaxt mən U-21 yığmasıyla İngiltərə matçına hazırlaşırdım. Gənclərdən ibarət milli komandaya dəvət almaq mənə xoşdur. Hesab edirəm ki, əsas və ya gənclərdən ibarət milli komandalarda çıxış etməkdən asılı olmayaraq, ölkənin şərəfini qorumaq böyük fəxrdir.
- Qarşıdakı “Simurq”la matç barədə nə düşünürsən?
- “Simurq” asan rəqib deyil. Bu komandada yaxşı futbolçular cəmləşib, onların yeni məşqçisi var. Buna görə də, onlar çox güman ki, oyunu özlərinə sərfəli nəticəylə başa vurmağa çalışacaqlar.
- Məlumdur ki, əsas qapıçı Giorgi Lomaya iki oyunluq diskvalifikasiya edilib. Bu o deməkdir ki, onu ya Dmitri Kramarenko, ya da sən əvəz edəcəksən...
- Qeyd etmək istəyirəm ki, Kaxaber Sxadadze özümü göstərmək üçün mənə şans verərsə, ondan maksimum dərəcədə istifadə etməyə çalışacağam.
- Meydana çıxmağa hazırsan?
- Hazıram. İstər fiziki, istərsə psixoloji cəhətdən hazıram. Yaxşı formadayam və səbirsizliklə meydana çıxmağı gözləyirəm.
- Yeri gəlmişkən, bu oyun sənin üçün “İnter”in heyətində debüt matç ola bilər...
-Bəli, axı çempionatda “İnter” üçün hələ oynamamışam. Ötən mövsüm MOİK-in heyətində meydana çıxmışam və indi də eyni addımı doğma “İnter”in formasında atmaq istəyirəm.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”