“Beşiktaş” – “Makkabi” oyunu harada keçiriləcək?

“Beşiktaş” – “Makkabi” oyunu harada keçiriləcək?
XƏBƏR 8 Sentyabr 2011 / 17:31 1807
-  A +

Avroliqada eyni qrupda yer alan Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirləcək oyunun yeri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, qarşılaşma İstanbulda baş tutacaq.
Xatırladaq ki, Təl-Əviv təmsilçisi matçın neytral stadionda keçirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Ali futbol qurumu isə türklərin razılığı olmadan hər hansı qərar verə bilməyəcəklərini söyləmişdi.

Türkiyənin Gənclik və İdman naziri Suat Kılıç isə ölkə mətbuatına açıqlamasında oyunun vaxtının və yerinin dəyişməyəcəyini bildirib.

Son xəbərlər