Rusiyada qəzaya uğrayan təyyarə Cavadovun da komandasını daşıyırmış

Rusiyada qəzaya uğrayan təyyarə Cavadovun da komandasını daşıyırmış
XƏBƏR 8 Sentyabr 2011 / 16:47 1858
-  A +

Rusiya mətbuatı “Lokomotiv” xokkey klubunu daşıyan və dünən qəzaya uğrayan “Yak-42” təyyarəsi ilə bağlı maraqlı fakt aşkar edib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubunu səfər oyunlarına yeni mövsümdən etibarən məhz həmin təyyarə aparırdı.

Hətta komanda həftəsonu “Anji” ilə keçirəcəyi matç üçün Mahaçqalaya da bu təyyarə ilə uçmalı idi.

Faktı “Volqa”nın sabiq prezidenti Aleksey Qoyxman da təsdiqləyib. Onun sözlərinə görə, bu günə qədər təyyarədə hər hansı problem olmayıb:

“Mövsümün əvvəlində bu aviakompaniya ilə müqavilə imzaladıq. Anlaşmaya əsasən, komandanı səfər oyunlarına məhz “Yak-42” təyyarəsi aparırdı. Bu günə qədər onun heç bir problemi olmayıb. Bu yaxınlarda texniki baxışdan da keçib. Təyyarənin niyə qəzaya uğradığı hələ də məndə şübhə doğurur”.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədən “Volqa”dan başqa, “Krasnodar” və “Spartak” (Moskva) klubları da istifadə edirdilər.

Son xəbərlər