“Anji”dən Mourinyoya fantastik təklif

“Anji”dən Mourinyoya fantastik təklif
XƏBƏR 8 Sentyabr 2011 / 14:44 2426
-  A +

“İnter”dən Samuel Eto`Onu almaqla, böyük səs-küy yaradan Rusiyanın “Anji” klubu transfer “pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış “Real”ın baş məşqçisi Joze Mourinyoya fantastik təklif göndərib.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisinin sahibi Süleyman Kərimov portuqaliyalı çalışdırıcıya illik 25 milyon avro müqabilində anlaşma təklif edib.

Ancaq təcrübəli mütəxəssis “kral klubu”ndan ayrılmaq istəmədiyi üçün bu təklifi qəbul etməyib.

Qeyd edək ki, “Anji”dən başqa, “Mançester Siti” və “Beşiktaş”ın da Mourinyoya təklif göndərdiyi məlum olub.

Son xəbərlər