Bombardir qapıçı minə çatdı

Bombardir qapıçı minə çatdı
XƏBƏR 8 Sentyabr 2011 / 14:20 2014
-  A +

Braziliyanın ən tanınmış qapıçısı Rocerio Seni növbəti rekordunu müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli çərçivə qoruyucusu hazırda şərəfini qoruduğu “Sau Paulu” klubunun heyətində 1000-ci oyununu keçirib. Seninin yubiley matçında komandası “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Seni 1992-ci ildən “Sau Paulu”nun şərəfini qoruyur. Qolkiper 19 ildir formasını geydiyi komandanın heyətində 103 qola imza atıb ki, bu da onun ən sərrast qapıçılar siyahısında ilk pillədə qərarlaşmasına səbəb olub.

Son xəbərlər