Lukaku millimizə qarşı niyə zəif oynadı?

Lukaku millimizə qarşı niyə zəif oynadı?
XƏBƏR 8 Sentyabr 2011 / 13:45 1989
-  A +

AÇ-2012-nin seçmə mərhələsində sentyabrın ikisində Bakıda millimizin qonağı olan Belçika seçməsinin 18 yaşlı hücumçusu Romelu Lukakunun komandamızla oyunda zəif təsir bağışlamasının səbəbi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, gənc forvard oyundan bir neçə saat öncə İngiltərədən pis xəbər alıb. Yayda transfer olduğu “Çelsi” klubundan futbolçuya zəng vuraraq, onun Çempionlar Liqasında “zadəganlar”ın heyətində meydana çıxa bilməyəcəyini bildiriblər.

Bu xəbərdən şoka düşən Lukaku belçikalıların baş məşqçisi Corc Likensin istəyilə meydana çıxıb. Təbii ki, belə olan halda hücumçu aldığı xəbərin təsirindən meydançada öz oyununu göstərə bilməyib.

Son xəbərlər