AZAL tam heyətlə

AZAL tam heyətlə
XƏBƏR 8 Sentyabr 2011 / 12:46 1422
-  A +

“Aqil Nəbiyev, Robert Petrov və Ervin Bulku milli komandalardan zədəli dönüblər. Georgi Bogihu isə zəhərlənib və bir neçə gündür məşqlərdə iştirak etmir. Yəqin ki, “Kəpəz”ə qarşı oyunda Georgi Bogihu meydana çıxmayacaq. Bununla belə komandada yüksək əhval-ruhiyyə hökm sürür”.

Qol.Az-ın məlumatına görə, bu sözləri PFL-in rəsmi saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib. “Kəpəz”lə keçirəcəkləri oyun haqqında fikirlərini bölüşən Yusifov komandanın bu gündən etibarən tam heyətlə məşqlərə başlayacağını bildirib:

“Sentyabrın 1-dən məşqlərə başlamışıq. Sentyabrın 6-da I divizionda çıxış edən “Şuşa” komandası ilə yoldaşlıq oyununda 7:1 hesabı ilə qalib gəldik. Futbolçular milli komandalardan qayıdıblar. Bu gün komanda tam heyətlə məşqlərə başlayacaq”. 

Son xəbərlər