Premyer Liqanın V turunda “Kəpəz” doğma meydanda AZAL-ı qəbul edəcək.
Qol.Az-ın məlumatıan görə, “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov komandadakı son vəziyyətlə bağlı PFL-in rəsmi saytına açıqlama verib.
Rəhimovun sözlərinə görə, Gəncə klubunun heyətində bir neçə zədəli futbolçu var:
“Müdafiəçilər Muammer Erdoğdu və Azər Məmmədov zədəlidir. Qapıçı Elşən Poladovun da müalicəsi davam edir. İlk turlarda müdafiəçilərin zədəli olmasının nəticəsidir ki, “Kəpəz” hazırda Premyer Liqanın ən çox qol buraxan ikinci komandasıdır. Məhz buna görə arxa xətti gücləndirmək üçün komandaya iki yeni müdafiəçi - Milan Antiç və Razvan Tarlea transfer olundu”.
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri komandanın hazırlıqlarından da danışıb:
“AZAL ilə oyuna ciddi hazırlaşırıq. Futbolçular gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Ötən tur “Bakı” üzərində əldə etdiyimiz səfər qələbəsi futbolçularımıza stimul verdi. AZAL ilə oyunda da qalib gəlib, komandadakı yüksək əhval-ruhiyyəni davam etdirmək istəyirik. Doğma azarkeşlərimiz önündə oynayacağımız üçün bu oyuna çox böyük məsuliyyətlə hazırlaşırıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”