Millimizin rəqibi üçün Kristof Daum variantı

Millimizin rəqibi üçün Kristof Daum variantı
XƏBƏR 7 Sentyabr 2011 / 18:55 2125
-  A +

Baş məşqçi Didi Konstantiniyə qışa qədər vaxt verən Avstriya Futbol Federasiyası artıq bu yerə yeni namizədlər axtarır.

Qol.Az-ın məlumatına görə, hələlik ən real namizəd kimi Kristof Daumun adı hallanır. Qışda Konstantininin gedişindən sonra avstriyalıların “sükan”ı arxasına Daumun keçəcəyi istisna deyil.

Qeyd edək ki, Daumla yanaşı, Otto Rehagel, Paul Qlyodovaç, Andreas Hersoq, Frank Fod və Toni Polster də Avstriya yığmasını çalışdırmağa namizədlər arasında göstərilir.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsində eyni qrupda yer aldığımız Avstriya ilə oktyabrın 7-də ikinci dəfə üz-üzə gələcəyik. İlk oyun isə rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Son xəbərlər