«Azərbaycan milli komandasının son iki oyunundan mənim danışmağıma ehtiyac yoxdur. Hesab edirəm ki, biz idarəçilər olaraq daha çox iş görməliyik».
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev milli komandamızın «Avro-2012»də Belçika və Qazaxıstana qarşı Bakıda keçirilmiş oyunları haqda danışarkən söyləyib.
Ramin Musayev bildirib ki, AFFA-nın hazırkı rəhbərliyi milli komandamızın və Azərbaycan futbolunun inkişafı istiqamətində çox iş görür: «Bu mənada, komandamızdan daha çox xal qazanmağı gözləyənləri də başa düşmək olar. Azarkeşlərin milli komandamızdan daha böyük uğurlar gözləməyə haqqı var. Çünki ölkə başçımız səviyyəsində Azərbaycanda futbola və idmana bu qədər qayğı göstərilir. Amma bilirsiniz ki, futbol elə bir oyundur ki, yaxşı nəticə üçün zaman tələb edir. İnşallah, növbəti illərdə komandamız daha yaxşı nəticələr göstərəcək» - deyə R.Musayev bildirib.
PFL prezidenti qeyd edib ki, hələ seçmə mərhələ başlamazdan öncə o, komandamızın 8-9 xal qazanacağı barədə proqnoz verib: «Düzdür, indi komandamızın aktivində yeddi xal var, amma unutmayaq ki, qarşıda bizi hələ daha iki oyun gözləyir. Bütün hallarda hesab edirəm ki, bu gün biz hamımız xal qazanmaqla yanaşı, futbolumuzun daha da inkişaf etməsi barədə fikirləşməliyik».
Ramin Musayev Berti Foqtsla müqavilənin uzadılıb-uzadılmamasıyla bağlı suala da cavab verib: «Əgər desəm ki, Foqtsun getməsinin əleyhinəyəm, soruşacaqlar ki, nəyə görə? İndi deyə bilərəm ki, almaniyalı mütəxəssis millidə cavan oyunçulara çox şans verdi. Klublar da artıq heyətlərində gəncləri oynatmağa başlayıblar. Bu gün Azərbaycan Premyer Liqasında 20-21 yaşında futbolçular oynayır. Foqtsun milliyə cəlb etdiyi gənc oyunçular müsbət təsir bağışladı. Əgər Foqtsdan daha yaxşı namizəd tapılsa, o zaman, təbii ki, qərar vermək səlahiyyəti AFFA rəhbərliyinə aid olacaq. Və ya əgər milli üçün başqa bir namizəd olarsa, bu zaman hansısa fikir bildirmək mümkündür».
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”