Uelsli fanatlar öz azarkeşini öldürdü

Uelsli fanatlar öz azarkeşini öldürdü
XƏBƏR 7 Sentyabr 2011 / 15:32 1719
-  A +

Avro-2012-nin seçmə mərhələsində İngiltərə və Uels yığmaları arasında Londonda baş tutan görüşdən sonra bədəxt hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, ingilislərin qələbəsi ilə başa çatan görüşdən sonra hər iki komandanın azarkeşləri arasında baş vermiş insident nəticəsində bir nəfər dünyasını dəyişib.

Ancaq maraqlıdır ki, ingilis polisi hadisənin uelsli azarkeşlər tərəfindən törədildiyini bildirib. Onlar ölən şəxsin anlaşmazlıq nəticəsində öz fanatları tərəfindən döyüldüyünü və başına ciddi zərbələr aldığını düşünürlər.

Məlum hadisədən sonra qonaq komandanın 6 fanatı saxlanılıb. Hazırda onların sorğusu davam edir.

Son xəbərlər