Devid Bekhemin "elçiləri" artır

Devid Bekhemin "elçiləri" artır
XƏBƏR 7 Sentyabr 2011 / 15:19 1937
-  A +

Noyabr ayında Amerikanın "Los Angeles Qalaksi" klubu ilə müqaviləsi bitəcək Devid Bekhemin yenidən İngiltərəyə qayıdacağı iddia olunur.

Qol.Az-ın məlumatına görə, Bekhemlə maraqlanan komandaların sayı artmaqda davam edir.

36 yaşlı futbolçu ilə maraqlanan "Kvins Park Reyncers" klubuna daha 3 komanda qoşulub ki, bunlardan da ikisi İngiltərə təmsilçisidir.

Londonun "Arsenal" və "Tottenhem" klubları da Bekhemi transfer etmək niyyətindədir. Bu komandalarla yanaşı, İtaliyanın "Milan" klubu da Bekhemin xidmətində maraqlıdır.


Son xəbərlər
02.01.26  10:50

Bekker 100-ə çatdı