Berbatov Mançesterdə qalmaq istəyir

Berbatov Mançesterdə qalmaq istəyir
XƏBƏR 7 Sentyabr 2011 / 14:53 1423
-  A +

“Mançester Yunayted”in bolqarıstanlı hücumçusu Dimitar Berbatov komandadan getmək niyyətində deyil.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu “qırmızı şeytanlar”la olan müqaviləsini daha iki il uzatmaq istəyir.

Ancaq 30 yaşlı forvard bunu əbəs yerə etməyəcək. O, rəhbərlikdən həftəlik məvacibinin 80 min funtdan 120 minə qaldırılmasını tələb edəcək.

Qeyd edək ki, Berbatovun hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Son xəbərlər