“İmarət” fan-klubu: “Bizim üzvlərdən heç kim saxlanılmayıb”

XƏBƏR 7 Sentyabr 2011 / 14:00 1647
-  A +

“İmarət” fan-klubu dünən Respublika stadionunda Cənubi Azərbaycanda baş verənlərə dəstək əlaməti olaraq səsləndirilən «Azərbaycan var olsun, istəməyən kor olsun» şüarından sonra bəzi üzvlərinin polis tərəfindən saxlanılması barədə xəbərlərə münasibət bildirib.

Fan-klubdan Qol.Az saytına daxil olan açıqlamada deyilir ki, «İmarət» üzvlərindən heç kim saxlanılmayıb və bu şüarı səsləndirərkən, heç bir təzyiqlə üzləşməyiblər: “Dünən oyuna getməmişdən əvvəl biz bu şüarı düşünmüşdük. Ancaq stadiondakı digər millətçi gənclərlə əlaqəmiz yox idi. Oyunda şüarı səsləndirərkən, heç bir təzyiqlə qarşılaşmadıq. Bir daha bəyan edirik ki, bizim üzvlərimizdən heç kim saxlanılmayıb”.

Son xəbərlər