Platini: "Futbolun əsas işığı yenə Avropadır"

Platini: "Futbolun əsas işığı yenə Avropadır"
XƏBƏR 7 Sentyabr 2011 / 13:34 1640
-  A +

UEFA prezidenti Mişel Platini maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Platini Avropa futbolunun yenə ön planda olduğunu bildirib:

"Avropa futbolun əsas işığı olmaqda davam edir. Son 5 klublararası dünya çempionluğunu da Avropa komandaları qazanıb.

Eyni zamanda son iki dünya çempionu da Avropa komandasıdır. Bu isə bir daha istər klub, istərsə də milli komanda səviyyəsində Avropanın futbolda liderliyini göstərir. Təbii ki, bundan da çox məmnunuq".


Son xəbərlər