Ceyhun Sultanov ikinci dəfə ata oldu

XƏBƏR 7 Sentyabr 2011 / 13:22 1481
-  A +

"Kəpəz"in lider oyunçularından hesab olunan Ceyhun Sultanov ikinci dəfə ata olub.

Klubun mətbuat xidməyindən Qol.Az-A verilən məlumata görə, milli komandamızın sabiq üzvünün qız övladı dünyaya gəlib.

Ən sevincli günlərini ailəsi ilə bölüşən futbolçunu komanda yoldaşları da tək buraxmayıblar. Bu münasibətlə "Kəpəz" klubunun rəhbərliyi, məşqçi və futbolçu kollektivi Sultanovlar ailəsini təbrik edib.


Son xəbərlər