Lippert: “Həmin epizodda oyundankənar vəziyyət yox idi”

Lippert: “Həmin epizodda oyundankənar vəziyyət yox idi”
XƏBƏR 7 Sentyabr 2011 / 11:18 1979
-  A +

"Oyun bizim üçün çox gərgin keçdi. İlk dəqiqələrdə qapımızda qol gördük. Bununla belə, komandamız əzmkar futbol nümayiş etdirərək hesabı bərabərləşdirdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məqşçisi Bernhard Lippert Belçika seçməsi ilə oyundakı böyükhesablı məğlubiyyətdən sonra AFFA-nın saytına açıqlamasında deyib. Alman çalışdırııcı məğlubiyyəti futbolçuların yorğunluğu ilə əlaqələndirib:

“Birinci hissənin sonlarında standart vəziyyətdən ikinci qolu vurduq. Qol hesaba alınmadı. Məncə, həmin epizodda oyundankənar vəziyyət yox idi. İkinci hissədə daha artıq risk etməyə başladıq. Çox irəli atıldıq. Nəticədə futbolçular çox güc sərf etdilər. Rəqib də bundan istifadə edib ardıcıl qollar vurdu”.

Son xəbərlər