"Oyundan öncə də müsahibəmdə demişdim ki, Qazaxıstanla oyunda qələbə qazanacağıq. Şükürlər olsun ki, həm azarkeşlərimizi, həm də jurnalistləri qələbə ilə sevindirdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Qazaxıstanla oyundan sonra millimizin oyunçusu Mahir Şükürov deyib.
Şükürov oyunla bağlı daha sonra bunları əlavə edib: "Bu gün istəyimizə nail olduq. Qələbə qazanaraq ilk dəfə seçmə mərhələdə 7 xal topladıq.
Vurduğum qola gəldikdə isə penalti epizodunda özümə güvəndim və qol vurdum. Əmin idim ki, qol vuracağam. Penaltini vurmağı heç kəs mənə demədi. Sadəcə özüm vurmaq istədim.
Raufun qolu da gözəl alındı. Açığı belə ötürmələr üzərində xüsusi məşq etməmişik. Sadəcə, gördüm Rauf əlverişli mövqedədir, dərhal ötürmə verdim və qol oldu. Baş məşqçi də bizi qələbəyə kökləmişdi.
Özümüz də dərk edirdik ki, bizə qələbə lazımdır. Məğlubiyyət sərf eləmirdi. AFFA prezidenti Rövnəq Abdullayev də oyundan öncə bizə demişdi ki, bu görüşdə mənim üçün oynayın. Biz də bu gün oynadıq və qələbə qazandıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”