Təcrübə keçmək məqsədilə Almaniyanın "Borussiya" (Dortmund) klubunun düşərgəsinə yollanan Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov adı çəkilən komandanın çalışdırıcısı Yurgen Klopla görüşüb.
Bu barədə Qol.Az saytına səfərdə Qurbanovu müşaiyət edən "Qarabağ" klubunun nümayəndəsi Anar Məmmədli məlumat verib.
"Borussiya" klubunun düşərgəsində təcrübə mübadiləsi keçən Qurbanovun Klopla saat yarımlıq görüşü olub. Klop Azərbaycan futbolu və "Qarabağ" haqda maraqlanıb.
Alman mütəxəssis həmyerlimizi "Borussiya" klubunun akademiyasında qarşılayıb. Görüşdə "Qarabağ"ın oyunçularının vəziyyəti və Qurbanovun Azərbaycandakı işindən bəhs olunub.
Qurbanovu "Borussiya"nın akademiyası ilə tanış edən Klop "Qarabağ"ı hər zaman diqqət mərkəzində saxladığını və komandasının ötən mövsüm Almaniya Bundesliqasının çempionu olmağından danışıb.
Klop qeyd edib ki, "Borussiya"nın Avroliqanın "play-off" mərhələsində "Qarabağ" üzərində qələbə qazanması bu uğurun başlanğıcı olub.
Azərbaycan - Belçika matçını izlədiyini bildirən Klop sonda "Qurban Qurbanovun Azərbaycan futbolu üçün çox iş gördüyünü" xüsusi vurğulayıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”