“Atletiko” Ardanın qiymətini qaldırdı

“Atletiko” Ardanın qiymətini qaldırdı
XƏBƏR 6 Sentyabr 2011 / 17:25 2445
-  A +

İspaniyanın “Atıetiko” klubu bir neçə gün öncə “Qalatasaray”dan 12 milyon avroya transfer etdiyi Arda Turanın transfer qiymətini ikiqat artırıb.

Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi yarımmüdəfiəçinin dəyərini 24 milyon avroya yüksəldib.

İspan klubunun bu addımı heç də əsassız deyil. Klub rəhbərliyi bu yolla futbolçunun komandadan vaxtından tez ayrılmasının qarşısını alıb.

Xatırladaq ki, Arda “Atletiko” ilə 4 illik müqavilə imzalayıb. Əgər yarımmüdafiəçi vaxtından əvvəl komandadan ayrılmaq niyyətinə düşsə, onda Madrid klubuna 24 milyon avro verməlidir.

Son xəbərlər