Türkiyə millisində növbəti itki

Türkiyə millisində növbəti itki
XƏBƏR 6 Sentyabr 2011 / 16:26 1910
-  A +

Avro-2012-nin seçmə mərhələsində bu gün Avstriya kollektivi ilə qarşılaşacaq Türkiyə millisi vacib oyun öncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Əmrə Bələzoğlu və Gökhan Gönüldən sonra “ay-ulduzlular”ın müdafiəçisi Sərdar Kəsimal da “zədəlilər karvanı”na qoşulub.

Komandanın son məşqində ayağı burxulan gənc futbolçu həkimlərin məsləhəti və baş məşqçi Quus Hiddinkin qərarı ilə yığmanın heyətindən çıxarılıb.

Xatırladaq ki, Türkiyə seçməsinin itkiləri yalnız bununla yekunlaşmır. Zədəlilərdən başqa, Qazaxıstanla görüşdə qırmızı vərəqə görən Səlçuk İnan da bugünkü matçda doğma komandasına kömək edə bilməyəcək.

Son xəbərlər