Akif İsmayılov: "Ot örtüyünün vəziyyəti normaldır”

Akif İsmayılov: "Ot örtüyünün vəziyyəti normaldır”
XƏBƏR 6 Sentyabr 2011 / 15:59 2007
-  A +

Bu gün yağan yağış Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə heç bir təsir göstərməyib.

Bu barədə Qol.Az saytına mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

İsmayılovun sözlərinə görə, ot örtüyünün vəziyyəti bu gün keçiriləcək Azərbaycan və Qazaxıstan komandalarının oyununa heç bir əngəl törətməyəcək:

“Ot örtüyünün vəziyyəti normaldır. Yağışın heç bir mənfi təsiri olmayıb. Stadionun hazırkı durumu millinin oyunu üçün əngəl törətməyəcək”.

Qeyd edək ki, Azərbayca və Qazaxıstan milliləri bu gün məhz Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.

Son xəbərlər