La Liqanın ən yaraşıqlısı və çirkini

La Liqanın ən yaraşıqlısı və çirkini
XƏBƏR 6 Sentyabr 2011 / 15:40 2405
-  A +

İspaniyalı futbol azarkeşləri arasında maraqlı sorğu keçirilib. Qol.Az-ın məlumatına görə, yerli fanatlar La Liqada çıxış edən ən yaraşıqlı və ən çirkin futbolçuları müəyyənləşdiriblər.

Səsvermənin nəticələrinə əsasən hər iki nominasiyada da birinciliyi “Real”ın oyunçuları qazanıblar. “Kral klubu”nun portuqaliyalı ulduzu Kriştianu Ronaldo çempionatın ən yaraşıqlısı seçildiyi halda, Primeronun ən çirkini futbolçusu adına isə argentinalı Anhel Di Maria layiq görülüb.

La Liqanın ən yaxşı baş məşqçisi nominasiyasında “Barselona”nın çalışdırıcısı Pep Qvardiola qalib olub. Joze Mourinyo isə ikinci olub.

Mövsümlərarası fasilənin ən yaxşı transferi isə “Arsenal”dan “Barsa”ya keçən Sesk Fabreqas seçilib.

Son xəbərlər