Azərbaycan Premyer Liqasının qarşıdakı V turunda “”Xəzər Lənkəran” “Neftçi”ni qəbul edəcək.
Qol.Az-ın “Xəzər Lənkəran”ın rəsmi saytına istinadən yaydığı məlumata görə, Lənkəran publikası ümumilikdə 22-ci, Premyer Liqada 20-ci “Böyük oyun”un şahidi olacaq.
İndiyədək bu rəqiblə 21 dəfə üz-üzə gələn komandalar 19 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb. Çempionatdakı 1 matçın – “Qızıl oyun”un neytral meydanda, Gəncədə baş tutduğunu nəzərə alsaq hər komanda 10 dəfə meydan sahibi olub. Lənkəranda baş tutacaq 11-ci matçadək rəqiblər 9 çempionat və 1 kubok oyununu cənub bölgəsində keçiriblər. Maraqlıdır ki, çempionat oyunlarının hamısında I dövrə oyunu Lənkəranda keçirilir.
22-ci oyun ərəfəsində ümumi balansda hələlik “Neftçi” öndədir, “Xəzər Lənkəran” isə ondan cəmi 1 qələbə geridədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə “Xəzərə Lənkəran” “Neftçi”yə 6 dəfə uduzub ki, bunun da sonuncusu 2009-cu il aprelin 12-də baş verib. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il yarımda, daha dəqiqi 881 gündə “Xəzər Lənkəran” prinsipial rəqibinə uduzmur. Özü də 12 aprel tarixindəki həmin matçdan sonra rəqiblər nə az, nə çox 10 dəfə üz-üzə gəlib. Bu matçlarda cənublular 2 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib.
Ümumilikdə, cənub təmsilçisi 5 dəfə qalib gəlməsinə baxmayaraq daha inamlı qələbələr qazanması sayəsində top fərqində rəqibdən geri qalmır – 19:19. Bu tur lənkəranlı azarkeşlər də “Böyük oyunlar”da vurulan yubiley – 20-ci qol, ümumi balansı tarazlaşdıracaq qazanılacaq 6-cı qələbə və top fərqində üstünlük qazanmağı gözləyir. Lənkərandakı matçlarda isə bu üstünlük çoxdan formalaşıb. Komanda 10 matçda 3 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 8:6-dır.
Azərbaycan çempionatı
2004/05 mövsümü
08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
“Qızıl oyun”
10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
2005/06 mövsümü
18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
2006/07 mövsümü
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
2007/08 mövsümü
10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
2008/09 mövsümü
19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
2009/10 mövsümü
İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
2010/11 mövsümü
İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro
18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay
Azərbaycan kuboku, 1/4 final
03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan
08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”