"Təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacam"

"Təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacam"
XƏBƏR 6 Sentyabr 2011 / 00:01 1879
-  A +

İngiltərə milli komandasının və "Arsenal"ın əsas futbolçularından olan Cək Uilşır uzun müddətliyinə sıradan çıxıb.

Qol.Az-ın məlumatına görə, yeni mövsümün hazırlıqlarında zədələnən futbolçunun ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bu barədə futbolçu özü sosial paylaşım şəbəkəsində məlumat verib: "Təxminən 2-3 ay yaşıl meydanlardan kənar qalacam. Əvvəlki formamı bərpa etmək üçün çox çalışıram. İnanıram ki, dönüşüm uğurlu olacaq".

Qeyd edək ki, Uilşır Premyer Liqanın geridə qalan 3 oyununda da forma geyinə bilməmişdi.


 


Son xəbərlər