Böyükağa Hacıyev: “Sillanın durumu “Neftçi”nin hədəflərinə uyğun deyil”

Böyükağa Hacıyev: “Sillanın durumu “Neftçi”nin hədəflərinə uyğun deyil”
XƏBƏR 5 Sentyabr 2011 / 15:51 2035
-  A +

Qvineyalı yarımmüdafiəçi Konfori Sillanın “Neftçi”dən göndərilməsinə komandanın baş məşqçisi Böyükağa Hacıyev də münasibət bildirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, təcrübəli çalışdırıcı Sillanın müqaviləsinin ləğv olunmasını onun fiziki hazırlığının aşağı səviyyədə olması ilə əlaqələndirib. Hacıyev 31 yaşlı oyunçunun hazırkı vəziyyətinin klubun hədəflərinə uyğun olmadığını bildirib:

“Kanfori Silla yaxşı futbolçu olsa da, fiziki hazırlığı bizi qane etmədi. Fiziki durumunun istənilən səviyyədə olması üçün ən azı 1,5-2 ay müddətinə ehtiyac var ki, bu da "Neftçi"nin hədəflərinə uyğun deyil”.

Baş məşqçi Sillanın göndərilməsi ilə bağlı rəhbərliyə raport verdiklərini söyləyib: “Artıq klub rəhbərliyinə raport vermişik və bu haqda müvafiq qərar verilib”.

Son xəbərlər