Likens: “Təəssüf ki, Azərbaycana ikinci qolu vura bilmədik”

Likens: “Təəssüf ki, Azərbaycana ikinci qolu vura bilmədik”
XƏBƏR 5 Sentyabr 2011 / 14:50 1871
-  A +

İki gün öncə milli komandamızla Bakıdakı görüşdə vacib xallar itirən Belçika yığmasının baş məşqçisi Corc Likens ölkə mətbuatında özü haqqında yazılan tənqidlərə cavab verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis millidəki bir illik fəaliyyəti ərzində nəzərə çarpan irəliləyişləri əsas gətirərək, özünü müdafiə edib. Baş məşqçi qrupdan çıxmaq şanslarını davam etdiyini söyləyib:

“Biz bu qrupdan birlikdə çıxacağıq. Bu günə qədər bir sıra irəliləyişlərə nail olmuşuq. Növbəti seçmə mərhələdə daha böyük uğurlara imza tacağıq. Ancaq mən hələ də qrupdan çıxmaq şanslarımızın olduğunu düşünürəm”.

Komandamızla oyuna da toxunan Likens zədəli futbolçuların çoxluğundan şikayətlənib:

“Çox təəssüf ki, Azərbaycana ikinci qolu vura bilmədik. Ancaq hesab bərabərləşənə qədər buna çalışırdıq və məncə, pis alınmadı. Məni tənqid edirlər ki, meydana niyə iki hücumçu buraxmışam. Halbuki, hücum xəttində üç futbolçu yer almışdı. Aksel Vitsel də onlara kömək edirdi. Lukaku yenə özünü təzyiq altına saldı. Mən daha mərkəz müdafiəçisi kimi hansı futbolçunu oynatmalı idim. Marvin Oqunyimi və Yelle Fossen isə hazır deyildilər”.

Son xəbərlər