Rauf Əliyev: "Qoy, azarkeşlər bizə inansın"

Rauf Əliyev: "Qoy, azarkeşlər bizə inansın"
XƏBƏR 5 Sentyabr 2011 / 14:46 1815
-  A +

Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyev Qazaxıstanla oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, Əliyev sabahkı oyunda tribunların dolu olacağına ümid etdiyini bildirib:

"Qazaxıstanla oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Belçika ilə oyunda komandamın bərabərlik qoluna imza atdım. Düşünürəm ki, mən başla daha çox fərqlənərəm.

Sabahkı oyunda da Qazaxıstana  qol vurmağa çalışacağam. Ümid edirəm ki, Belçika ilə oyuna nisbətdə sabah stadiona daha çox azarkeş gələcək. Qoy onlar bizə inansınlar. Sabah azarkeşlərimizi sevindirəcəyik".


Son xəbərlər