Yay transfer “pəncərəsi”nin başa çatmasına bir gün qalmış “Neftçi”nin heyətinə qatılan Kanfori Silla komandadan göndərilib.
Bu barədə Qol.Az saytına açıqlamasında “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Süleymanovun sözlərinə görə, qvineyalı futbolçunun fiziki hazırlığı başda Böyükağa Hacıyev olmaqla, məşqçilər korpusunu qane etmədiyindən, onun göndərilməsinə qərar verilib:
“Bildiyiniz kimi, zədəli Rodriginyonun mövqeyindəki boşluğu doldurmaq üçün transfer “pəncərəsi”nin bağlanmasına bir gün qalmış Sillanı heyətimizə qatdıq. Onunla müqavilə imzalandı. Ancaq anlaşmada belə bir şərt qoyulmuşdu ki, Kanfori 10 gün ərzində “Neftçi”nin düşərgəsində baxışda olmalıdır. Yalnız bundan sonra onun qalıb-qalmayacağı müəyyənləşəcəkdi.
Ancaq əvəzedici heyətlə keçirilən yoxlama görüşündə meydana çıxan futbolçu özünü doğrulda bilmədi. Başda Böyükağa müəllim olmaqla, məşqçilər korpusu qvineyalının oyunundan razı qalmadı. Onun ideal formaya düşməsi üçün ən azı 2 ay vaxt lazım idi. Buna görə də Silla ilə yollarımız ayırdıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama