“Fənərbaxça”da növbəti ayrılıq

“Fənərbaxça”da növbəti ayrılıq
XƏBƏR 5 Sentyabr 2011 / 11:22 2372
-  A +

Ötən mövsümün sonundan bu yana yaşadığı hadislərə görə maliyyə böhranı keçirən “Fənərbaxça” daha bir aparıcı üzvünü satmaq məcburiyyətində qalıb.

Qol.Az-ın məlumatına görə, Emenike, Guiza, Luqano və Santosdan sonra Mamadu Nyanq da komandadan ayrılıb. Seneqallı hücumçu karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirəcək. “Fənərbaxça” bu transferdən 7,5 milyon avro qazanc götürüb.

Qeyd edək ki, Nyanq “sarı-lacivərdlilər”in heyətinə ötən mövsümün əvvəlində qatılmışdı. Bu günə qədər “Fənər”in heyətində 29 oyun keçirən 32 yaşlı forvard rəqib qapılarından 15 top keçirmişdi.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner