AFFA-nın bugünkü toplantısında Premyer Liqanın formatının yenidən dəyişdirilməsinə dair qəbul olunan qərar narazılıqla qarşılanıb. Söhbət bu mövsümün yekunlarına əsasən birinci diviziondan yüksək liqaya komandanın buraxılmayacağından gedir. Yəni birinci divizionda ilk iki yeri tutan komanda elitaya vəsiqə şansından məhrum edilib. Bu isə hazırda birinci divizionda mübarizə aparan və elitaya çıxmağa əsas namizəd olan klublar tərəfindən narazılıqla qarşılanıb. Qol.Az-a verdiyi açıqlamada “ABN-Bərdə”nin baş məşqçisi Əli Quliyev xəbəri bizdən eşitdiyini deyib: “Başa düşmədim, necə yəni birinci diviziondan elitaya komanda çıxmayacaq? Bəs o zaman biz nəyə görə oynayırıq? Açığı, qərardan şoka düşdüm və buna kəskin etiraz edirik. Elədirsə onda oynamayaq da. Elə birinci divizionu da dağıtsınlar, qurtarıb getsin”.
“Energetik”in vitse-prezidenti Elbrus İsmayılov isə bu qərar haqsızlıq adlandırıb: “Biz sentyabrdan bu yana min bir əziyyətlə mübarizə aparırıq ki, elitaya vəsiqə qazanaq. İndi bizə deyillər ki, çıxsanız da oynamayacaqsınız? Bu qərar bizə qarşı böyük haqsızlıqdır. Elə isə heç oynamağın da mənası yoxdur. Özü də diqqət yetirsəniz görərsiniz ki, hazırda birinci divizionda ilk 4 yeri tutan komandaların hamısı bölğə komandalarıdır”.
“Şahdağ”ın vitse-prezidenti də həmkarlarından fərqli danışmayıb: “Mən başa düşmürəm çempionatın başa çatmasına 2 ay qalmış belə bir qərarın qəbul edilməsi nə dərəcədə məntiqlidir? Yaxşı, mən indi qusarlı azarkeşlərə nə deyim? İnanırsınız, hər oyunumuza 2000 azarkeş gəlir və komandanı dəstəkləyirlər. Hamısı da indidən elitaya hazırlaşırlar. Özünüz də bilirsiniz ki, “Şahdağ” hazırda birinci divizionun lideridir. Məni küçədə də görəndə deyirlər ki elitada mütləq oynamalıyıq. İndi mən gedim onları necə başa salım ki, bəs, bizim federasiya belə bir qərar qəbul edib və çıxsaq da, oynamayacağıq? Sizcə, onlara bunu başa salmaq olar? Yaxud bu qərardan sonra hansı azarkeş stadiona futbola baxmağa gələr?”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək