Avropanın ən varlı klubu müəyyənləşdi

Avropanın ən varlı klubu müəyyənləşdi
XƏBƏR 4 Sentyabr 2011 / 17:30 4397
-  A +

Büdcəsinə görə Avropanın ən varlı klublarının adlarına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, ötən il olduğu kimi bu dəfə də “Mançester Yunayted” “Köhnə qitə”nin ən zəngin klubu seçilib. “Qırmızı şeytanlar”ın büdcəsi 439,8 milyon avro təşkil edir.

İkinci yeri cüzi fərqlə (438,6 milyon avro) İspaniyanın “Real” klubu tutub. Üçüncü pillədə isə 389,1 milyon avroluq büdcəsi ilə “Barselona” qərarlaşıb.

Almaniyanın ən varlısı Münhen “Bavariya”sıdır. “Pivəçilər”in büdcəsi 323 milyon avro təşkil edir. İtaliyada isə “Milan” (235,8 milyon) və “İnter” (224,8 milyon) hegemonluq edir.

Fransanın büdcəsi daha çox olan klubları isə “Lion” və “Marsel”dir. Bu komandaların sərvəti müvafiq olaraq, 146,1 və 141,1 milyon avro təşkil edir

Son xəbərlər