Rikardu Karvalyo: “Bentu sifarişlə işləyəndir”

Rikardu Karvalyo: “Bentu sifarişlə işləyəndir”
XƏBƏR 4 Sentyabr 2011 / 16:40 1948
-  A +

Portuqaliya millisinin sabiq müdafiəçisi Rikardu Karvalyo mətbuata verdiyi açıqlamasında komandanın baş məşqçisi Palu Bentunun ünvanına sərt ittihamlar səsləndirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu seçmə mərhələ oyunları öncəsi yığmanın düşərgəsini tərk etdiyi üçün onu fərarilikdə günahlandıran çalışdırıcını sifarişlə işləyən şəxs adlandırıb.
Karvalyo Bentunun pula görə Portuqaliya millisinə başçılıq etdiyini bildirib:

“Mən Bentunun haqqımda dediyi fərari sözünə layiq deyiləm. Çünki mən vətənə olan sevgimə görə yığmada oynayırdım. Bentu isə bunu pul üçün edir. Müharibəyə vətən sevgisi yox, pul üçün gedən adamlara sifarişlə işləyən deyirlər. İndi isə Bentu mənim üçün belədir”.

Daha çox


Son xəbərlər