Sneyder: “Mourinyo mənə zəng vurdu və dedi ki...”

Sneyder: “Mourinyo mənə zəng vurdu və dedi ki...”
XƏBƏR 4 Sentyabr 2011 / 15:52 2747
-  A +

“İnter”in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder ölkə mətbuatına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu onunla yaxından maraqlanan “Mançester Yunayted”ə keçməməsinin səbəblərindən danışıb.

“Qırmızı şeytanlar”ın təklifini rədd edən Sneyder bu addımı vaxtilə “İnter”in “sükan”ı arxasında olan, hazırda isə “Real”ı çalışdıran Joze Mourinyonun məsləhətilə atdığını bildirib:

“Mourinyo mənə zəng etdi və dedi ki, Milanda qalsan daha yaxşıdır. O, “İnter”in çılğın azarkeşidir və həmişə istəyir ki, mən burada çıxış edim. Mən özüm də bu komandada olmağımdan razıyam. Heç vaxt italyan klubundan getməyi düşünməmişəm. Bundan sonra “Mançester Yunayted”i düşünmək belə istəmirəm”.

Xatırladaq ki, yay transfer “pəncərəsi” bağlanana qədər “qırmızı şeytanlar” Sneyderin transferində maraqlı idilər.

Son xəbərlər