“Azərbaycanlıların qapımıza cəmi iki zərbəsi oldu”

“Azərbaycanlıların qapımıza cəmi iki zərbəsi oldu”
XƏBƏR 4 Sentyabr 2011 / 14:01 2158
-  A +

“Bildiyimə görə, azərbaycanlıların qapımıza cəmi 2 zərbəsi oldu ki, onlardan da biri qolla nəticələndi. Heç özüm də bilmirəm, bu, necə baş verdi. Amma biz özümüzə haqq qazandıra bilmərik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızla oyundan sonra Belçika yığmasının müdafiəçisi Tobi Alderveyreld deyib. Bakıda xal vacib iki xal itirən belçikalıların gənc üzvü talelərinin daha çox digər oyunların nəticəsindən asılı olduğunu bildirib:

“Qarşıda daha iki oyunumuz var. Potensial altı xalı toplamalıyıq. Düzdü, taleyimiz daha çox digər oyunların nəticələrindən asılıdı. Amma indidən onların necə nəticələnəcəyini söyləmək çətindi. Çünki bizim ikinci yeri tutmaq üçün hələ də şanslarımız var”.

Qeyd edək ki, Azərbaycan - Belçika oyunu heç-heçə (1:1) başa çatıb.

Son xəbərlər