Bekhem İngiltərəyə qayıdır

Bekhem İngiltərəyə qayıdır
XƏBƏR 4 Sentyabr 2011 / 12:45 1794
-  A +

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem karyerasını vətənində davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi Premyer Liqanın debütantlarından – “Kvins Park Reyncers”in maraq dairəsinə düşüb.

Xatırladaq ki, cari mövsümün sonunda ulduz futbolçunun “Los-Anceles Qalaksi” klubu ilə müqavilə müddəti başa çatır və o, azad agent statusu alacaq. Bunun nəzərə alan “KPR” da fürsətdən maksimum yararlanmaq istəyir. Heç şübhəsiz ki, Bekhem bu komandaya keçsə, onun əsas heyətdə yeri təmin olunub.

2012-ci Olimpiadasında İngiltərə millisnin heyətində yer almaq istəyən Bekhemin Premyer Liqaya qayıdışı onun bu arzusunun həyata keçməsində mühim rol oynaya bilər.

Daha çox


Son xəbərlər