Portuqaliya milli komandasının və "Real" (Madrid) klubunun müdafiəçisi Rikardo Karvalyo 3 ay müddətinə cəzalandırıla bilər.
Qol.Az-ın məlumatına görə, buna səbəb futbolçunun Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento ilə mübahisə etdikdən sonra icazəsiz olaraq komandanın düşərgəsini tərk etməsidir.
Bununla bağlı araşdırmaya başlayan UEFA-nın Karvalyonu 3 aylıq cəzalandıracağı gözlənilir. Lakin bu qərar təkcə Portuqaliya millisinə deyil, eyni zamanda futbolçunun çıxış etdiyi Madridin "Real" klubuna da şamil ediləcək.
UEFA-nın qaydalarına əsasən milli komandanı icazəsiz olaraq tərk edən futbolçu 1 və ya 3 aylıq futboldan kənarlaşdırılır. Lakin ali futbol qurumu hələlik Portuqaliya Futbol Federasiyasının qərarını gözləyir. UEFA federasiya ilə ortaq məxrəcə gəldikdən sonra 33 yaşlı futbolçu haqda son qərarını verəcək.
Qeyd edək ki, Karvalyo Bento ilə mübahisədən sonra "özümü heç bu qədər alçaldılmış hiss etməmişdim" - deyə bildirmişdi.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama