"İnter" Gürcüstan klubu ilə qarşılaşacaq

"İnter" Gürcüstan klubu ilə qarşılaşacaq
XƏBƏR 3 Sentyabr 2011 / 11:27 1285
-  A +

Bakının "İnter" klubu qonşu Gürcüstanda təlim-məşq toplanışını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də axşam məşqini keçirən komanda bu gün toplanış çərçivəsində son yoldaşlıq matçına çıxacaq.

"İnter"in bu dəfəki rəqibi "VİT-Georgia" komandası olacaq. Oyun yerli vaxtla saat 17:30-da başlanacaq.

Qeyd edək ki, "İnter" sentyabrın 5-də vətənə qayıdacaq.


Son xəbərlər