Bu mövsüm futbol üzrə Azərbaycan I Divizionunun debütantlarından olan Biləcərinin “Lokomotiv” klubunun məqsədi gənc futbolçuların peşəkarlıq səviyyəsini artırmaqdır.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun məşqçisi Paşa Əliyev PFL-in rəsmi saytına müsahibəsində deyib:
"Bildiyiniz kimi 17 yaşlı futbolçular arasında keçirilən Azərbaycan çempionatında “Bakı” klubu çempion oldu. Həmin heyəti dağıtmamaq üçün qərara gəldik ki, I Divizionda mübarizəyə qoşulaq. Klubu yaratmaqda da əsas məqsədimiz bu futbolçuların peşəkarlıq səviyyəsini daha da artırmaq, Premyer Liqada çıxış edəcək güclü komanda formalaşdırmaqdır. Heyətimiz “Bakı” klubunun gənc futbolçuları əsasında formalaşdırılıb.
Rəhbərlik bizim qarşımızda nəticəyə oynamağı məqsəd qoymayıb. Əsas məqsədimiz güclü, təcrübəli futbolçular yetişdirməkdir. Hər oyunda gözəl oyun nümayiş etdirib, qalib gəlmək üçün meydana çıxacağıq.
Püşkatmada birinci pillə bizə nəsib oldu. İstərdim ki, çempionatın sonunda turnir cədvəlində də birinci olaq. Ancaq, bu, çətin olacaq. Çünki, rəqiblərimizin heyətində təcrübəli futbolçular var. 2-3 il I Divizionda çıxış edib komandanı tam formalaşdırdıqdan, oyunçuların təcrübəsini artırdıqdan sonra çempionluğa oynayacağıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama