Premyer Liqanın dörd turu artıq geridə qalıb. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, ötən turlar ərzində 22 qarşılaşma keçirilib, I turun “Neftçi” – “Qarabağ” və IV turun “Sumqayıt Şəhər” – “İnter” qarşılaşmaları isə təxirə salınıb.
III turun “Bakı” – “İnter” oyunu isə yarımçıq dayandırılıb. 22 qarşılaşmada stadionlara 78800 azarkeş gəlib. Ən çox azarkeş sayı III turda “Qarabağ”ın səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 10 000 nəfər. Ən az azarkeş isə IV turun “Bakı”-“Kəpəz” oyununda müşahidə olunub – 300 nəfər.
Həmişəki kimi azarkeşlərinin çoxluğu ilə yalnız əyalət klubları öyünə bilər. Geridə qalan dörd turda “Xəzər Lənkəran”ın ev oyunlarını 16 000, “Kəpəz”in ev oyunlarını 15 200, “Turan”ın ev oyunlarını isə 11 000 azarkeş stadiondan izləyib. Əyalət klubları ilə müqayisədə paytaxt təmsilçilərinin azarkeş baxımından vəziyyəti heç də ürəkaçan deyil. Dörd turda bütün paytaxt təmsilçilərinin oyunlarına cəmi 11 600 azarkeş gəlib.
Qeyd edək ki, I tur 20700, II tur 23300, III tur 23900, IV tur isə 10900 azarkeş stadionlara gəlib. Ümumilikdə Unibank Premyer Liqasının dörd turu ərzində hər qarşılaşmanı orta hesabla 3581 azarkeş canlı izləyib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama