Futbol üzrə Azərbaycan I Divizionunun birinci turunun oyunları 10-11 sentyabr tarixlərində keçiriləcək.
Qol.Az-ın məlumatına görə, “Şuşa” komandası çempionata ciddi hazırlaşır. Klubun prezidenti Azər Hüseynovun PFL-in rəsmi saytına verdiyi məlumata əsasən komanda formalaşdırılarkən əsasən gənclərə üstünlük verilib:
"Biz çalışacağıq ki, çempionatda uğurlu çıxış edək. Bizim əsas məqsədimiz mümkün qədər müvəffəqiyyətlə çıxış etməkdir. Bu mövsüm heyətimizə əsasən 1992-1993-cü il təvəlüdlü futbolçuları cəlb etmişik. Məqsədimiz 21 yaşa qədər olan perspektivli futbolçuları müəyyən edib səviyyələrini yüksətmək, gələcək üçün hazırlamaqdır.
Mövsümə yaxşı hazırlaşmışıq. Futbolçularımız mənəvi və fiziki cəhətdən özlərini tam hazır hiss edirlər. Komandada əhval-ruhiyyə yüksəkdir. Ümid edirəm ki, Nadir Qasımovun rəhbərliyi ilə “Şuşa” klubu çempionatda uğurlu nəticələrə imza atacaq.
İlk turda Gəncənin “Tərəqqi” komandasını qəbul edəcəyik. Bu komanda haqqında heç bir məlumatım yoxdur, tanımadığımız rəqibdir. Amma ilk oyunda qalib gəlib çempionata uğurlu nəticə ilə başlamaq istəyirik. Biz hər bir oyununda yalnız qələbə üçün meydana çıxacağq".
Qeyd edək ki, “Şuşa” keçən mövsüm olduğu kimi bu il də ev oyunlarını “Şəfa” stadionunda keçirəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama