Ramin Musayev: "Ötən mövsüm xoşa gəlməyən məqamların şahidi olduq"

XƏBƏR 2 Sentyabr 2011 / 17:28 1770
-  A +

Futbol üzrə Azərbaycan I Divizionunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdə yarışların reqlamentinə edilən dəyişikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb:
 
Qol.Az-ın məlumatına görə, Musayev eyni zamanda ötən mövsüm baş verən xoşagəlməz hadisələrə də toxunub: 

"Ötən mövsümdən fərqli olaraq bu mövsüm I Divizionun qalibi olacaq komanda birbaşa Unibank Premyer Liqasında iştirak etmək hüququ qazanacaq. İkinci yerin sahibi isə Premyer Liqanın on birinci pilləsində qərarlaşmış komandası ilə pley-off oyunlarında qarşılaşacaq. Bu mübarizədən qalib ayrılan komanda Premyer Liqada iştirak etmək hüququ qazanacaq.

Ötən mövsüm bir sıra maraqlı qarşılaşmalar oldu. Ancaq xoşa gəlməyən bəzi məqamların da şahidi olduq. “Abşeron” klubunun guya Premyer Liqada iştirakının bilərəkdən kimlərsə tərəfindən qarşısının alınması ilə bağlı bəzi söz-söhbətlər tamamilə yanlış məlumatdır. Biz Premyer Liqada iştirak etmək hüququ qazanmış hər bir komandaya dəstək oluruq, onlara əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq.

Əgər komandanın Premyer Liqada iştirakına maddi vəziyyəti imkan vermirsə, bu halda nə etmək olar? Biz istəyirik ki, Premyer Liqada iştirak edən region klublarının sayı çox olsun. Region komandaları Premyer Liqada çıxış edəndə həmin rayonun rəhbərliyi də özündə məsuliyyət hiss edir, regionların abadlaşdırılması, yeni stadionların tikilməsi istiqamətində işlər görülür. Bu mənada biz istərdik ki, “Abşeron” klubu Premyer Liqada çıxış etsin. Amma “Abşeron” klubu maliyyə çatışmamazlığı səbəbindən Premyer Liqada iştirak edə bilmədi”.

“I Divizionda çıxış edən komandaların heyəti əsasən gənc azərbaycanlı futbolçulardan təşkil olunub. Bu da ölkə futbolu üçün böyük töhfədir. Millimiz üçün yeni futbolçuların yetişməsi baxımından bu komandaların böyük əhəmiyyəti var. Hər bir komandaya uğurlar arzulayıram".

Son xəbərlər