"Yuventus"un futbolçusu "Qalatasaray"ın təklifini rədd etdi

"Yuventus"un futbolçusu "Qalatasaray"ın təklifini rədd etdi
XƏBƏR 2 Sentyabr 2011 / 14:53 1840
-  A +

"Yuventus"un hücumçusu Amauri Oliveyra bu mövsüm də Turində qalacaq. 

Qol.Az-ın məlumatına görə, braziliya əsilli futbolçu "Qalatasaray"ın təklifini rədd edib.

Artıq yay transfer pəncərəsinin bağlanması ilə Amaurinin bu mövsümü də "Yuventus"da keçirəcəyi dəqiqləşib. Amauri Avropanın 5 komandasından təklif alsa da, futbolçu "Yuventus"a üstünlük verib.
 
Qeyd edək ki, Amauri ilə "Qalatasaray"la yanaşı, "Marsel", "Palermo", "Genua" və "Parma" klubları da yaxından maraqlanırdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner