“Belçika millisi Bakıda diqqətli oynamalıdır”

“Belçika millisi Bakıda diqqətli oynamalıdır”
XƏBƏR 2 Sentyabr 2011 / 13:37 1828
-  A +

“Neftçi” Belçika çempionatında çıxış edə bilər. Ancaq yuxarı pillərlərdə yox, ilk “10”luqda. Bu, doğruda yaxşı klubdur. “Neftçi”ni “Anderlext”lə müqayisə etmək olar”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza ölkəsinin mətbuatına verdiyi açıqlamasında deyib. Azərbaycan və Belçika milliləri arasındakı oyuna da münasibət bildirən Mpenza həmvətənlilərinə diqqətli olmağı məsləhət görüb:

“Azərbaycanda həmişə rəqib komandaya qarşı güclü təzyiq olur. Bu ölkədə 6 ayda bir dəfə məğlub olarsan ki, bu da həlledici əhəmiyyət daşıyar. Ona görə də millimiz bir qədər diqqətli oynamalıdır”.

33 yaşlı futbolçu Belçika millisindəki günlərini də xatırlayıb:

“Millidəki son oyunumda Vertongen və Fellaini balaca oğlanlar idi. Hər şey çox maraqlı və şən olurdu. Yığmadan xoş təəssüratlarla ayrılmışam. Nəyə görə bu gün millidə yer almıram? Çünki yeni nəsil yetişib və onlara yol açmaq lazımdır. Ancaq əgər komandaya lazımamsa, onda mütləq Likens məni milliyə dəvət etməlidir”.

Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...