“Trabzonspor”dan imtina edən futbolçu “Fənərbaxça”da

“Trabzonspor”dan imtina edən futbolçu “Fənərbaxça”da
XƏBƏR 2 Sentyabr 2011 / 12:33 1990
-  A +

Dieqo Luqano və Andre Santosun satılmasından sonra müdafiədə yaran boşluqları doldurmağa çalışan “Fənərbaxça” bu mövqeyə ilk transferini gerçəkləşdirib.

Qol.Az-ın məlumatına görə, İstanbul klubu bir ara “Trabzonspor”un da gündəmində olan “Yuventus”un isveçrəli müdafiəçisi Reto Tsiqleri bir illiyinə icarəyə götürüb.

“Qoca sinyora” ilə razılığa gələn “sarı-lacivərdlilər” dünən də futbolçunun özünü Türkiyəyə gəlməyə razı salıblar. 26 yaşlı futbolçu milli komandasının seçmə mərhələ oyunlarından sonra rəsmi müqaviləyə imza atacaq.

Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...