Mitreski Rusiyaya qarşı oynamayacaq

Mitreski Rusiyaya qarşı oynamayacaq
XƏBƏR 2 Sentyabr 2011 / 12:21 1337
-  A +

“Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski Avro-2012-nin seçmə mərhələsində Rusiya millisi ilə oyunda ölkəsinə kömək edə bilməyəcək.

Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun zədəli olması səbəb olub. Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb “Dinamo”su ilə oyununda zədələnən Mitreski bir həftə öncə məşqlərə başlasa da, ağrıları olduğu üçün qarşıdakı görüşdə meydana çıxa bilməyəcəyini bildirib:

“Təxminən ay yarım öncə ciddi zədə aldım. Uzun fasilənin ardından bir həftə əvvəl komanda ilə məşqlərə başladım. Lakin hazırda ağrılarım davam edir, tam sağalmamışan. Bundan əlavə, meydançanın örtüyü süni olduğu üçün mənə burada oynamaq olmaz”.

Mitreski bugünkü görüşdə oynamamasını həm də gənclərə yol açmaq niyyəti ilə əlaqələndirib: “Makedoniya millisində kifayət qədər gənc futbolçular var. Bu gün həmin oyunçuların oyun praktikası qazanmaları üçün onlara şans vermək lazımdır. Biz öz təcrübəmizlə onlara yol göstərməliyik”.

Qeyd edək ki, Rusiya və Makedoniya milliləri arasında oyun bu gün Moskvanın Lujniki stadionunda baş tutacaq.

Daha çox


Son xəbərlər