Belçikalı futbolçu 3:0 hesablı qələbə arzulayır

Belçikalı futbolçu 3:0 hesablı qələbə arzulayır
XƏBƏR 2 Sentyabr 2011 / 11:50 1361
-  A +

“Azərbaycan millisi qeyri-adi komandadır. Bugünkü oyunda əvvəlcə onları yorub, sonra meydanda istədiyimizi edə bilərik. Hövsələsizlik etməyib, səbirli olmalıyıq. 3:0 hesabı ilə qalib gəlməliyik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızla oyundan öncə Belçika yığmasının müdafiəçisi Vinsan Kompani deyib.Təcrübəli futbolçu qrupdakı şanslarını isə belə dəyərləndirib:

“Hazırda ikinci yerə ən real namizəd Türkiyə hesab olunur. Ancaq biz qarşıdakı iki oyundan maksimum nəticə əldə etsək, türklər təzyiq altında olacaqlar. Düzdür, hər iki komanda qarşıdakı iki görüşdə 6 xal qazanmağa qadirdir. Ancaq səhv etməmək şərtilə”.

Daha çox


Son xəbərlər