Bernhard Lippert: “Bu, heç də həmişə uğur gətirən amil deyil”

Bernhard Lippert: “Bu, heç də həmişə uğur gətirən amil deyil”
XƏBƏR 2 Sentyabr 2011 / 11:01 1570
-  A +

“Ümumi götürsək, komanda taktiki cəhətdən düzəlib. Ancaq oyunçuların ayrı-ayrılıqda fiziki və texniki bacarıqları ingiltərəli futbolçuların səviyyəsindən çox uzaqdır. Bu, oyunda özünü açıq-aydın göstərdi. Futbolçular bütün bacarıqlarını ortaya qoydular. Təəssüf ki, bu bacarıqları İngiltərə yığması kimi bir komandaya qarşı kifayət etmədi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə yığmasına biabırçı məğlubiyyətdən sonra 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert AFFA-nın saytına açıqlamasında deyib. Alman çalışdırıcı böyük hesabla uduzmalarını iki amillə əlaqələndirib:

“Hesabın bu cür alınmasını iki amillə əlaqələndirərdim. Birincisi, oyunçularımız hələ də kifayət qədər oyun təcrübəsinə malik deyil. İkincisi isə, komandada lazımi rəqabət yoxdur. Həmişə eyni futbolçuların xidmətindən istifadə edirik. Bu da heç də həmişə uğur gətirən amil deyil”.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır